Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropadakı Azərbaycanlıların koronavirus həyacanı
Koronavirus

COVİD-19 yeni tip koronavirusu artıq bütün dünyada yayılıb. Avropa ölkələrində yaşayan Azərbaycanlı soydaşlarımız olduqları ölkələrdəki durumla bağlı statuslar yazır, tətbiq olunan qaydalara diqqət çəkir. Onların yazdıqlarından da məlum olur ki, Avropa ölkələrində vəziyyət çox ağırdır.

Fransada yaşayan tanınmış bloger Elnur Məcidli Parisdən yazır:

"Bəlkə də fərqində deyilsiniz, ancaq Coronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ən nümunəvi ölkələr sırasındadı. Bu qədər ajiotaja rəğmən yaranmış böhran vəziyyəti çox professional şəkildə idarə olunur. Bu mənada Nazirlər kabineti yanındakı Operativ Qərargahın fəaliyyəti təqdirəlayiqdir.

Bu gün artıq İtaliyadan da azərbaycanlı tələbələrin ölkəyə gətirilməsi prosesi başlanıb. Biz dünən İtaliyadan Azərbaycana getmək üçün Parisə gələn bir tələbəmizi evimizdə qonaq etdik, inşallah bu gün Aeroflotla Parisdən Moskvaya, ordan da Bakıya uçmalıdır. Fransada ərzaq mağazaları əhali tərəfindən “yağmalanır”.

Fransada bu gün günortadan etibarən çölə çıxmaq 15 günlük yasaqlandı. Sadəcə, ərzaq almaq üçün və xəstəliyə görə çölə çıxmaq olar. 100 mindən çox polis və jandarmanın iştirakıyla kontrol postları qurulacaq. Səbəbsiz çölə çıxanlar cərimələnəcək.

Çətin günlərdən keçirik, həmrəylik vaxtıdır. Xaricdə yaşayan bütün vətəndaşlarımız, səyahətdə olan yaxud təhsil almaqda olan bütün həmvətənlərimizə sahib çıxmalıdır. Bunun başqa yolu yoxdur.Deyinmək yerinə, həmvətənlərimizə öz köməyimizi əsirgəməməliyik.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi (Ambassade de la République d'Azerbaïdjan en France), İtaliyadakı səfirliyimiz koordinasiyalı şəkildə qaynar iş rejiminə keçib. Bu prosesdə, panikaya düşmədən, öz dövlətimizə dəstək olmaq, millətimizlə həmrəylik nümayiş etdirmək ən əsas borcumuzdur. Maksimum şəkildə, köməyə ehtiyacı olan həmvətənlərimizi, xüsusən tələbələrimizə sahib çıxmalıyıq.

Azərbaycanda bu xəstəliyə barmaqarası baxanları, gətirib bir gün burada fırladıb meşəyə buraxmaq lazımdı. İnsanlar yoluxur və ölür, hələ də bu pandemiyanın ciddiliyini qanmayan, ciddiyətsiz ziyalı donuna bürünmüş şeyx Nəsrullahlar var. Bu axmaqlara qulaq asmayın, özünüzü qoruyun!

Allah Azərbaycanımızı və xalqımızı qorusun. #coronavirus".

Elxan Həsənli (İsveçrə, Sürix) yazır:

"Artıq 4 gündür evdəyəm, tələbələrimlə qismən distant təhsilə keçmişik. Bu gündən bütün İsveçrə Fövqəladə vəziyyət şəraitinə keçib.

Bayramla əlaqədar Azərbaycana uçmağı planlayırdım, ancaq Koronaya görə qaldım. Cünki bilmirəm koronaya yoluxmuşam ya yox, hələ 10 gün gözləməliyəm. Çox adam evdə özünü izolyasıya edib. Vəziyyətdən çıxmağın tək yolu da budur. Günümü idman və sarımsagla başlayıb mütailəylə başa vururam.

İndiki dövrdə koronanın daha çox yayıldığı ölkələrdə təhsil alan tələbələrin Azərbaycana geri dönməsini yanlış hesab edirəm. Gənclərin bir coxu vəziyyət ağırlaşan kimi valideynlərinə üz tuturlar, valideynləri də dövlət babaya. Artıq Avropanın bir çox ölkələrində yaşayan azərbaycanlı tələbələr səfirliklərimizin təşkil etdiyi aviareyslər vasitəsilə vətənə qayıdıblar. Hətta Koronanın vətəni Cində belə dövlətimiz vətəndaşını tək qoymadı, geri gətirdi hamısını. Türkiyə və Azərbaycandan başqa heç bir dövlət öz vətəndaşına bu şəkildə sahib çıxmayıb.

Misirdən tutmuş Kolumbiyaya qədər bir çox səyahət məkanlarından geri dönmək istəyən minlərlə adam tıxanıb qalıblar hava limanlarında. Aralarında fransız, italyan, amerikalı, hətta isveçrəli belə var. Hələlik nə bir səfirlik, nə də bir hökumət onlarla maraqlanmır, hec onların özləri də dövlətdən, səfirlikdən kömək ummurlar, sərbəst şəkildə, öz güclərinə geri dönmək istəyirlər. Cünki Avropada həmişə belə olub. Belə məqamlarda yalnız sığorta avropalının dadına çatır, başqa heç kim.

İndiki panik vəziyyətdə Azərbaycan dövləti kimi öz vətəndaşına sahib çıxan ikinci bir ölkə görmürəm hələlik. Bunları görə görə bəzi dostların haqqsız yerə dövlətimizi vətəndaşlarımıza laqeydlikdə ittiham etməsi, yumşaq desək qərəzdir".

Rasim Cabbarov da (İsveç) Avropada koronavirusun yaratdığı acınacaqlı vəziyyəti təsvir edir:

"Lənətə gəlmiş koronavirus dünyanı ıərzəyə salıb. Görünən odur ki, bu epidemiya hələ uzun sürəcək. Avropada vəziyyət daha acınacaqlıdır. Elə mənim yaşadığım İsveçi də koronavirus öz ağuşuna alıb. Gündən gündən xəstələrin sayı durmadan artır. Bu günə olan məlumata görə, 1200 nəfər bu virusa yoluxib, 7 nəfər bu xəstəlikdən dünyasını dəyişib.2200 isveçli ölkə sərhədində qalıb. Məktəblər işləyir və sair. Azərbaycan da bu epidemiyadan əziyyət çəkən ölkələr sırasındadır. Lakin Azərbaycan dövləti bir sıra önləyici tədbirlər alıb, almaqda davam edir. Dövlətin dəstəyilə ölkədən xaricdə təhsil alan tələbələr, turistıər, bu və ya digər səbəbdən ölkəyə qayıtmaq istəyən öz vətəndaşlarına dəstəyini göstərməkdədir. Bir millət olaraq çətin durumlarda birləşməyi, dövləti və vətəndaşı qorumağı bacaran millətik. Yenə də bir sınaq qarşısındayıq. İnşallah bütün dünya insanları bu çətin günlərin də öhdəsindən gələr. Allah yardımçımız olsun!"

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »