Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlət kommunal ödənişlərə güzəştlər tətbiq etməlidir”

Korona virusdan qorunmaq üçün Azərbaycan hökuməti müxtəlif qabaqlayıcı tədbirlər görür. Bu münasibətlə bir çox insanların iş yerləri müvəqqəti bağlanıb. Lakin günəmuzd işləyən işçilər ölkədə işləyən əhalinin böyük qismini təşkil etdiyindən onlar üçün problem ikiqat artıqdır. Bu anlamda dövlət kommunal xərclərin ödənilməsində güzəştlər edə bilərmi? Milli Məclisdə bu barədə təklif səsləndiiləcəkmi?

Milli Məclisin deputatı Naqif Həmzəyev Bizimyol.info-ya bildirib ki, bu məsələ bu gün parlamentdə müzakirə olunmayıb.

Naqif Həmzəyev - Sahibə Qafarova

“Mən kreditlərlə bağlı təklif verdim. İnsanlar kredit götürüblər, lakin indi toylardan sonra ödəmə qabiliyyətlərini itiriblər. Yaxşı olardı ki gecikmələrlə bağlı onlara cərimələr tətbiq edilməsin.Mən internet tarifləri və kreditlərlə bağlı təklif səsləndirdim. Bu müddətdə internet kəsintisiz verilməlidir. Amma siz deyən məsələ müzakirə olunmadı. Gələcəkdə yəqin ki, proses uzansa dövlət xalqın yanında olacaq və müəyyən tədbirlər görəcək. Baş nazirin yanında xüsusi operativ qrup yaradılıb. Bu məsələlərin həlli ilə onlar məşğul olurlar. Hələlik ilk problem əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Dediyiniz məsələ parlamentin ümumi iclasında müzakirə olunmayıb”,- deyə Naqif Həmzəyev qeyd edib.

“Korona virusunun yayılmasından bütün dünya dövlətləri əziyyət çəkir. Amma ən böyük əziyyət çəkən ölkələr inkişaf etməkdə olan ölkələrdir. Nazirlər Kabinetinin qərarı ilə bir çox iş yerləri ya bağlanıb ya da məhdudlaşdırılıb. Bir çox şirkətlər bu məlum virusun yayılmasının qarşısını almaq üçün ev şəraitindən işləyir. Düşünülmüş bir addımdır. Amma iqtisadiyyata bunun zərbəsi çox böyük olacaq”. Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov səsləndirib.

Ramil Abbasov Ramil Abbasov

“Biz bunu virus yayılmasının qarşısını tam aldıqdan sonra hiss etmətəyə başlayacağıq. Hələki iqtisadi fəallıq da aşağı düşdüyü üçün biz bunu hiss etmirik. Dövlət mütləq olaraq sahibkarlara güzəştə getməlidir. Vergi ödənişlərində güzəşt müddəti verilə bilər. Digər formalarda kömək edə bilmirsə ən azından bunu edə bilər. Adi bir misal çəkim sizə. Restoranlarda gündəlik haqqa işləyən ofisiantlar, aşbaz və.s əhalinin məşğul hissəsi var. Bu adamlar indi tam gücü ilə işləmir. Deməli bu vəziyyət uzun çəksə artıq bu kütlə problemlə üzləşəcək. Gələn aydan isə işini dayandırmış şirkətlər öz işçilərinə əmək haqqı verməli və digər öhdəliklərini yerinə yetirməlidir. Sahibkarların üzləşdiyi problemlərin tərkib hissəsi olaraq dövlət tərəfindən banklara da kredit ödənişlərində güzəşt müddəti verilməsi üçün tövsiyyə xarakterli müraciət etməsi çox yaxşı olardı. Bundan əlavə məktəblərin, universitetlərin bağlanması büdcədə kommunal xərclərə qənaət etmək imkanı verəcək. O cümlədən xarici dövlətlərin sərhədlərin bağlaması xarici səfələrin təxirə salınması ezamiyyə xərclərində qənaət yaradacaq ki, bunu da lazım olan sahələrə yönəltmək olar. Ən böyük zərbə isə dünyada turizm sahəsinə dəydi. Təbii ki, əsas gəlirləri turizmdən olan ölkələrdə bu böhrana səbəb olacaq. Bilirsiniz ki, ölkə gəlirlərinin neftdən asılılığı gəlirlərimizi də azaltdığı üçün büdcə də o qədər yaxşı vəziyyətdə deyil. Tədiyyə balansında neft-qaz hissəsisini çıxmaqla digər sahələr defisitlidir. Elə bundan qaynaqlanır ki, neft gəlirlərimiz düşən kimi artıq gəlirlərimiz xərclərimizi ödəmir. Başlayırıq ehtiyatlarımızdan istifadə etməyə. Koronavirusunun isə nə qədər davam edəcəyi məlum olmadığı üçün ehtiyatlardan qənaətlə istifadə etməliyik. Yadda saxlamaq lazımdır ki, bu virusdan hər kəs ziyan çəkəcək. Amma dövlətlə birlikdə biz bu ziyanı balanlaşdıra və dəymiş ziyanı bölüşdürə bilərik”.

İlhamə Rəsulova

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »