Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berluskoni koronavirusla mübarizə üçün 10 milyon avro ayırdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yeni növ koronavirusun Apennin yarımadasında yayılma ocağı olan Lombardiya vilayətindəki tibb müəssisələrinin fəaliyyətini dəstəkləmək üçün 10 milyon avro bağışlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky TG24” telekanalı S.Berluskoninin şəksiz lideri olduğu "İrəli, İtaliya" partiyasının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, vəsait reanimasiya və intensiv terapiya şöbələrinin fəaliyyətinə dəstək üçün xərclənəcək.

Bundan əvvəl “Armani”, “Bulgari”, “Dolce & Gabbana” kimi şirkətlər, o cümlədən İtaliyanın bir sıra bankları tibb müəssisələrinə ianələr ayırdıqlarını elan edib. Həmçinin internetdə də vəsait toplanması üzrə kampaniya təşkil olunub.

Xatırladaq ki, daha əvvəl KİV 83 yaşlı siyasətçinin Lombardiyadan Fransanın cənubuna köçdüyünü yazmışdı.

Son xəbərlər
Bütün xəbərlər »