Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhliman Əmiraslanov: “1 virus daşıyıcısı 100 nəfəri bulaşdıra bilər”

“Azərbaycanda gündə bir neçə min koronavirus xəstəsini müayinə etmək üçün imkanlarımız var”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səsləndirib.

Əhliman Əmiraslanov Əhliman Əmiraslanov

O koronavirusun nə üçün bu qədər təşviş yaratmasına aydınlıq gətirib.

"Ölüm göstəricisinə baxdıqda bunun böyük rəqəm olmadığı məlum olur. Lakin, koronavirus geniş, sürətli yayılan və asan keçən infeksiyadır. Bu potologiyanı müalicə etmək üçün effektiv vaksinlərin olmaması onun təhlükəli xəstəlik olmasından xəbər verir”. Deputat ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işlədiyini vurğulayaraq bildirib ki, bu yaxınlarda ÜST-nın nümayəndələri ölkəmizə səfər edərkən xəstələrin saxlanıldığı karantin mərkəzlərində olub və razı qalıblar. Eyni zamanda müəyyən tövsiyələri olub ki, hazırda onların aradan qaldırılması üçün işlər aparılır.

“Həmçinin TƏBİB açıqladı ki, bu məsələyə dair Çinlə sıx əlaqədə işləyir və onların təcrübəsindən yararlanır. İndiyə qədər 27 xəstə müəyyən olunub. 1 nəfər vəfat edib, 7 nəfər müalicə olunaraq evə buraxılıb. 17 nəfərin vəziyyəti isə çox ağır deyil”.

Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq, lokallaşdırmaq üçün əhalinin bu məsələyə nə dərəcədə məsuliyyətli yanaşması da mühümdür. “Bu istiqamətdə müəyyən problem var. Öz yaxınlarımız xaricdən gələndə cəhd edilir ki, karantinə getməsin, evinə gəlsin. Nəzərə almaq lazımdır ki, 1 virus daşıyıcısı 100 nəfəri bulaşdıra bilər”.

İlhamə Rəsulova

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »