Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərdə tədrisin mayın 31-dək dayandırılması xəbərinə rəsmi açıqlama

Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az-ın xəbərinə görə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb:

“Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni qərar veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək”.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »