Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: Likvidlik bolluğu daha böyük problemləri özü ilə gətirəcək

İki gün öncə FED növbədənkənar toplantı keçirib faizi sıfıra saldı – uçot dərəcəsi 0-0,25% koridoruna düşdü, bunla da yetinmədi 700 mlrd. dollarlıq təşviq paketi açıqladı. FED-lə paralel bütün imkişaf etmiş ölkələrin Mərkəzi Bankları faizləri saldı, yüzmilyardlarla dollarlıq təşviq addımları elan etdi. Bu addımlar koronavirusun dünya iqtisadiyyatına vurduğu zərbəni az da olsa yumşaltmağa hesablanmışdı. Amma hələlik gözlənilən nəticə əldə olunmayıb.

İqtisadçı Natiq Cəfərlinin Bizimyol.info-ya verdiyi açıqlamaya görə, bu gedişat xeyirdən çox ziyan vura bilər. Pull bolluğu özüylə problemlər də gətirəcək.

Natiq Cəfərli Natiq Cəfərli

“Birjalar buna inanmadı, 1929-cu ildən bəri ilk dəfə hər bir əmtəənin, qiymətli kağızın dəyəri düşür. Hətta təlatümlü dövrlərdə “güvənli liman” hesab edilən qızılın da qiyməti düşür – bütün dünya əlində nə varsa satıb aktivlərini nəğdiləşdirir. Açığı indi yeganə güvənilən aktiv nəğd pul (əsasən dollar) və ABŞ dövlətinin borc kağızlarıdır. Problemləri pulla basdırmaq mümkün olmur, daha ötəsi, likvidlik bolluğu gələcəkdə daha böyük problemləri özü ilə bərabər gətirir. Daha asan izah etmək üçün təsəvvür edin ki, yangın var, bütün yanğınsöndürən maşınları alovun qarşısını almaq üçün hamısı birdən binaya su, köpük vururlar, göydən də su səpilir, bəli, bir müddət sonra yanğın sönəcək, amma suyun və köpüyün vurduğu ziyan açıq-aşkar görünəcək – sonra daha böyük zaman kəsimində binaya yanğından daha çox vurulan suyun və köpüyün təsirlərini itirmək üçün təmir işləri aparılacaq. Bu gün dünya iqtisadiyyatı məhz bu vəziyyətdədir – Mərkəzi Banklar suyu fontanla vururlar, amma yangın da sönmür, hətta suyun özü də ciddi fəsadlar yaradaraq dünya iqtisadiyyatının orqanik inkişafını ləngidir”- deyə o qeyd edib. Dünyada atılan bu tədbirlərin Azərbaycana transferindən isə ümidverici nəsə gözləmək olmur. Yəni likvidlik bol olsa da , az olsa da problem qaçınılmaz olacaq.Hər bir halda hələ ki, likvidliyin bol olması daha ağlabatan yol kimi görünür.

“ Azərbaycan iqtisadiyyatı primitiv modellə işləyir. Ona görə, iqtisadiyyatımıza ciddi kömək etmək də olmur – sabah bizdə də likvidliyi bol etsələr, Mərkəzi Bank uçot dərəcəsini 1%-ə salsa, kredit faizləri dibə düşsə əli manata çatan hər kəsin ilk atacağı addım onu dollara çevirib sonra iş görməklə bağlı düşünməsi olacaq. Ya da, maaş və təqaüdləri kəskin artıran kimi alıcılıq qabiliyyəti azca yüksəlsə həmən qiymətlər artacaq, ölkəyə daha çox idxal olunacaq, deməli valyutaya tələb də çoxalacaq – yenə manata basqı yüksələcək. Yox əgər likvidliyi sıxacaqlarsa, faizləri artıracaqlarsa, büdcə xərclərini azaldacaqlarsa iqtisadi aktivlik lap dibə vuracaq, insanlar kütləvi şəkildə işsiz qalacaq, iqtisadiyyat daha çox daralacaq”,- deyə o qeyd edəcək.

İlhamə Rəsulova

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »