Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya qapıları bağlayır, soydaşlarımız çətində qalanlara qapılarını açır - Foto
Koronavirus dünyada insanları və dövlətləri bir-birindən pərən-pərən salmaqda davam edir. Lakin belə bir ağır zamnda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız digər soydaşlarımıza yardım etmək üçün kampaniya başladıblar.

Bizimyol.info xəbər verir ki, hava limanlarının müxtəlif ölkələrdə uçuşları dayandırması səbəbi ilə bir çox insanlar çətin vəziyyətə düşüb. Onlar ya geriyə evlərinə dönə bilmir, ya da ərazisində olduqları ölkədə qalmaq üçün bütün imkanlarını sərf etmiş vəziyyətə düşürlər. Bu anlamda virusa yoluxmaq söhbətləri ilə özlərini gərginləşdirməyən bir çox soydaşlarımız qapılarını qonaqların üzünə açmağa hazırdır. Astana, İstanbul, Macarıstan, Almaniya, İsveç kimi ölkələrdə yaşayan onlarla soydaşımız sosial şəbəkkələrdə elan verərək, hava limanlarında”ilişib qalmış” soydaşlarımıza yardım etməyə hazır olduqlarını bildiriblər.

İlhamə

Soydaşlar

Son xəbərlər
Bütün xəbərlər »