Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədov: "Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşı olan məmurlar var"

“Keçən sessiyada bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsinin üzərində iş gedir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

“Görünür ki, həmin məcəllənin qəbul olunmasına qarşı olan məmurlar var. Hesab edirəm ki, Rəqabət Məcəlləsi bu il komitənin iş planına salınmalı və Milli Məclisin plenar iclasına çıxarılmalıdır. Hesab edirəm ki, bu Məcəllənin qəbulu çox vacibdir”, - deputat əlavə edib.

Deputat həmçinin həmkarı Əli Məsimli ilə birgə hazırladıqları “Təhsil kreditləri haqqında” qanunun da qəbul olunmasının vacibliyini vurğulayıb.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »