Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxananın həyətində arvadını öldürən şəxsin şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Faiq İbrahimovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

Xəstəxanada qeydiyyatçı işləyən Xavər İbrahimova sinə və boğaz nahiyəsindən aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib.

F.İbrahimova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə itiham verilib.

F.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »