Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL: 237 Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb

Azərbaycanın milli aviadaşıyıcısı Türkiyə və Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.

Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb. “Qaynar xətt”in nömrəsi: +90537 282 67 40  (Report.az)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »