Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə AVRO-2020-nin təxirə salınmasını istəyir

İtaliya Futbol Federasiyasından sonra daha bir milli assosiasiya AVRO-2020-nin təxirə salınacağına ümid edir.

Avropa çempionatının ev sahiblərindən biri olan Almaniya da turnirin vaxtının dəyişdirilməsini istəyir.

Almaniya Futbol Liqasının (DFL) rəhbərliyi UEFA-nın quruma üzv 55 milli assosiasiya rəsmiləri ilə 17 mart videokonfransında AVRO-2020-nin təxirə salınmasını təklif edəcək.

DFL-in direktoru Kristian Seyfert bildirib ki, ölkələrə öz yerli çempionatlarını başa vurmaq üçün vaxt verilməlidir.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onların arasında Berlin də var. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »