Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtalyan turistlər Afrikadan vətənə qayıtmaq istəmir

İtaliyada koronavirus daha böyük sürət götürür. Virusa yoluxanların sayı 24 mini keçib. Azı 1800 nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, italyan turistlər Afrikadan vətənə qayıtmaq istəmir. Konqo Demokratik Respublikasının rütbəli hərbçilərindən olan Don Şovi “Twitter” hesabında bu haqda yazıb. Onun yazdığına görə, İtaliyanın 35 vətəndaşı viza vaxtının bitməsinə baxmayaraq, Efiopiyadan qayıtmaq istəmədiyini bildirib. Don Şovi bunu tarixin ironiyası adlandırıb. Hərbçi bir vaxtların müstəmləkəçilərinin indi Afrikaya sığınmasına eyham vurub.

İtaliyada ölkəyə giriş və buradan çıxış dayandırılıb. Əksər şəhərlərdə karantin elan olunub. Əsasən apteklər və ərzaq mağazaları işləyir.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virus daşıyıcıların sayı 174 min 777-yə çatıb. İndiyə qədər 6 min 686 nəfər həyatını itirib.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »