Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
THY-dən Azərbaycan-Türkiyə uçuşları ilə bağlı açıqlama

THY Azərbaycan-Türkiyə aviareyslərini 2020-ci ilin 15 martından 31 marta qədər müvəqqəti dayandırdığını açıqlayıb.

Bu barədə Türk Hava Yolları açıqlama yayıb.

“Azərbaycan və Türkiyə Prezidentlərinin ortaq qərarı əsasında Azərbaycan və Türkiyə arasındakı uçuşlar 15 mart 2020 tarixindən 31 mart 2020 tarixinə qədər təxirə salınmışdır. Bu dövrə aid uçuşlarımıza öncədən bilet almış sərnişinlərimiz aşağıdakı şərtlər daxilində biletləri dəyişdirə və ya geri qaytara bilərlər.

31 marta qədər müraciət etməklə

• Eyni aviareysi və ya həmin bölgədə başqa bir nöqtəyə (məsələn Praqa bileti Vyana biletinə dəyişdirilə bilər) təyin etməklə, həmçinin 31 maya qədər istifadə etmək şərti ilə dəyişdirə bilərlər

• Bilet ləğv olunaraq etibarlılıq müddəti 31 may 2020 tarixinə qədər uzadıla bilər

• Uçuşu həyata keçirməyəcək sərnişinlər qaydaya baxmayaraq biletləri qaytararaq ödənişlərini geri ala bilərlər

Biletlərin dəyişdirilməsi və ya geri qaytarılması

• Türk Hava Yollarının veb-saytı vasitəsi ilə alınıbsa aşağıdakı əlaqə mərkəzləri vasitəsilə

• Başqa onlayn agentlik vasitəsilə alınıbsa agentliyin veb-saytından

• Hər hansı bir agentlikdən alınıbsa agentliyin ofisindən

həyata keçirilməlidir.

Bakı və Gəncə ofislərində sadəcə ofis vasitəsilə alınan biletlər üçün dəyişdirilmə və ya geri qaytarılma həyata keçirilə bilər. Azərbaycandan qayıtmaq istəyən Türkiyə vətəndaşlarından yetəri saydə tələb formalaşdığı təqdirdə təxliyə uçuş planı hazırlancaq. Uçuş həyata keçirildiyi təqdirdə yalnız Türkiyə vətəndaşları qəbul olunacaq. Türkiyədə yaşama izni olan Azərbaycan və başqa ölkə vətəndaşları qəbul edilməyəcək. Təxliyyə uçuşu ilə qayıtmaq istəyən Türkiyə vətəndaşları [email protected] email ünvanına ad, soyad, xarici pasportun şəkili, telefon və email məlumatlarını göndərməlidirlər. Uçuşun təyin olunduğu təqdirdə email vasitəsilə yer, saat və şərtlər barədə məlumat veriləcək.

Türk Hava Yolları Əlaqə Mərkəzləri

+994 12 404 8 849

+90 212 444 0 849    (Qafqazinfo.az)

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »