Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıya giriş-çıxış məhdudlaşdırıla bilər

Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun hazırlacağı haqda məlumat yayılıb.

Bu barədə məlumat verən millət vəkili Fazil Mustafa qeyd edib ki, qərarın qəbul olunması ehtimalı var.

Bizimyol.info-ya açıqlama verən deputat Nəsib Məhəməliyev qeyd edib ki, hər şey virusun yayılma tendensiyasından asılıdır.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Sabah MM- in plenar iclasında, indiki zamanda cəmiyyətimiz üçün olduqca ciddi əhəmiyyət kəsb edən bir qanunun müzakirələri və qəbulu gözlənilir. Koronovirusla mübarizə haqqında qanun layihəsi parlamentə daxil olmuşdur.

Detalları haqqında sabahkı müzakirələrdən sonra ətraflı danışmaq olar. Əgər zərurət yaranarsa, profilaktika məqsədi ilə müəyyən məhdudlaşdırıcı qərarların qəbulu mümkündür. Hər şey virusun yayılma tendensiyasından və coğrafiyasından asılıdır”,- deyə millət vəkili bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »