Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankara və Moskva arasında anlaşma aktualdır

“Yeni “S-400” anlaşması üçün Türkiyə ilə danışıqlar davam edir. Rusiya məsələ ilə əlaqədar razılaşma əldə edəcəyinə ümid edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) rəisi Dmitri Şuqayev açıqlama verib.

“Türkiyəyə yeni partiyanın göndərilməsi məsələsi hələ gündəmdədir. Sistemlərin təslim edilməsi tarixi və digər məsələlər ətrafında müzakirə aparırıq. Türkiyə ilə anlaşa biləcəyimizə ümid edirik”, - Şuqayev qeyd edib.

Xidmət rəisi Türkiyənin “S-400” hava hücumundan müdafiə sistemlərinin istehsal proqramında cəlb edilməsi haqda yayılan məlumata da aydınlıq gətirib:

“Müəyyən variantlar çərçivəsində Türkiyənin istehsal prosesinə bəlli bir çərçivədə daxil edilməsi təklif olunur. Əlavə detalları açıqlaya bilmərəm. Yekun qərar verilənədək bu haqda danışmaq istəmirəm”.

Şuqayev Türkiyəyə “Su-35” qırıcılarının satıla biləcəyini də istisna etməyib və bu istiqamətdə danışıqların getdiyini bildirib.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »