Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın koronavirus hesabatları mediaya sızdı - Ümidsiz proqnozlar

Koronavirusa qarşı heç bir tədbir almayan Böyük Britaniya hökumətinin pandemiyaya dair hesabatı mediaya sızıb. Bu hesabatda virusun 2021-ci ilə qədər davam edə biləcəyi vurğulanır. Həmin müddətdə 7,9 milyon insanın bu virusa yoluxaraq xəstəxanalara baş vuracağı proqnozlaşdırılır.

Bizimyol.info xəbər verir ki,  “Guardian” qəzetinin verdiyi məlumata görə, virus böhranı 2021-ci ilin baharına qədər davam edə bilər və vətəndaşların 80 faizi xəstəliyə yoluxacaq. Hökumətin hesabatında məhz bu fikirlər yer alıb.

İtaliya təşviş içində: Sərhədlər bağlanır, mağazalar boşalır - Video

“Əhalinin 80 faizi gələcək 12 ay ərzində koronavirusa yoluxacaq, 7,9 milyon nəfərin yardım üçün xəstəxanalara baş vurması gözlənilir. Əhalinin 80 faizi xəstələnərsə, yarım milyona qədər insanın da virusa yoluxma nəticsində ölə biləcəyini düşünməyə əsas var. Laboratoriyalar bu qədər tələbin qarşısında test edilməsi vacib olan insanlara xidmət göstərə bilməyəcək, ən vacib və həyatı təhlükədə olan xəstələrə xidmət göstərilməlidir”,- deyə hesabatda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə İngiltərənin baş naziri media qarşısında çıxışı zamanı britaniyalıları əzizlərini itirməyə hazır olmağa çağırıb.

İlhamə Rəsulova

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »