Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Badamdarın sürüşmə zonasında kanalizasiya şəbəkəsi tikiləcək

Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

Bu barədə oxu.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Bildirilib ki, “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə Tədbirlər Planına uyğun olaraq, layihələrin icrasını davam etdirir.

Məlumatda qeyd olunub ki, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir:

“Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalar baş verirdi. Ərazidə yaranan tullantı isə əhali tərəfindən fərdi şəkildə yaradılmış septik qurğulara və şambolara axıdılırdı.

Yaşayış massivində içməli su və kanalizasiya şəbəkələrinin mərkəzləşdirilmiş sistemlərə qoşulmasını təmin etmək məqsədilə 2019-cu ilin sonlarında yeni layihənin icrasına başlanılıb. İlkin mərhələdə kanalizasiya şəbəkəsinin tikintisi aparılır. Layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. İndiyədək kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsi inşa edilib.

Yeni şəbəkə yaradılmış ərazilərdə septik qurğular və şambolar ləğv edilərək, evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulur. Tikinti-quraşdırma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək. Ərazidə yaranan tullantı suları Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək”.

Eyni zamanda bildirilib ki, növbəti mərhələdə 3-cü yaşayış massivində içməli su şəbəkəsinin tikintisinə başlanılacaq:

“Hazırda bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılır. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez baş verən qəzalar su axıntısına səbəb olur. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq”.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub.

Layihəyə uyğun olaraq, qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün 11 km magistral, 45 km şəbəkə xətləri çəkilib, abonentə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda, layihənin əhatə etdiyi ərazidə 28 km yeni kanalizasiya şəbəkəsi inşa edilib.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »