Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüsusi rejimin qaydalarını pozan masaj salonundan biabırçı görüntülər – Video

Xəbər verildiyi kimi koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, restoran və kafelərdə iş rejiminin saat 21:00-dək müəyyən edilməsi barədə qərar verdi. Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında yarardılan Operativ Qərargahın Azərbaycanda xüsusi rejimlə bağlı qərar qəbul etməsinə baxmayaraq bəzi kafelər, masaj salonları və restoranlar qadağalara məhəl qoymur.

Videobloger Ata Abdullayev Bakının Səbail rayonunda qadağalara əməl etməyən masaj salonunda çəkiliş aparıb. Bloger çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

Görüntülərdən aydın olur ki, polis əməkdaşları obyektə daxil olub və masaj salonundakı qızları şöbəyə aparıblar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə, koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq və ya bağlanacaq.

Qadağalara Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət edir.

Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara qadağalara əməl etməyən obyektlərlə bağlı onları məlumatlandırmağa çağırıb.

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »