Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampdan həkimlərə koronavirusla bağlı pul təklifi iddiası

Prezident Donald Tramp Almaniyaya məxsus “CureVac” şirkətinə koronavirusa qarşı peyvənd fəaliyyətlərini ABŞ-da davam etdirməsi üçün külli miqdarda pul təklif edib.

Publika.az xəbər verir ki, “Welt am Sonntag” qəzeti Almaniya hökumətindəki mənbəyə istinadən belə iddia ilə çıxış edib. İddialara görə, “Ağ ev” rəhbəri Dövlət Departamenti vasitəsiylə şirkətə ABŞ-dakı xəstələr üçün xüsusi peyvənd hazırlamasını və bu dərmanın təkcə Vaşinqtonun əlində olmasını təklif edib.

Məsələ barədə açıqlama verən şirkət nümayəndələri iddiaları təkzib edib. Almaniya hökuməti isə hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, iddialarda yer alan ABŞ-ın peyvəndə nəzarəti öz əlində saxlaması barədə planları bəzi dairələr tərəfindən ciddi etirazla qarşılanıb.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »