Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manatın hazırki kursu iqtisadiyyata hansı fəsadları vəd edir...

"Dünya birjalarında baş verən son hadisələr böhranın dərinləşməsindən, neftin yaxın gələcəkdə bahalaşmaq ehtimalının olmamasından xəbər verir. Xarici analitiklər neftdən asılı ölkələr arasında Azərbaycanın vəziyyətinin daha ağır olacağını proqnozlaşdırırlar, çünki SOCAR-ın 10 milyarda qədər xarici borcu gec-tez hökumət üçün başağrısına çevriləcək".

Bu fikirləri Bizimyol.infoya Qaşqay İsmayıl deyib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

O qeyd edib ki, hazırda Azərbaycanın yaxın qonşularının milli valyutaları sürətlə dəyər itirir: "Manata olan təzyiqlər bütün tərəflərdən artır. Banklar Mərkəzi Bankın manatla olan qısamüddətli depozit hərraclarına da maraqlarını itirirlər. İndi Azərbaycanda yalnız bir, amma son dərəcə qorxunc biznes növü qalıb - dollar almaq.

Əgər hadisələr belə cərəyan edərsə, valyuta ehtiyatları hesabına manatın kursunu saxlamaq cəhdlərinin heç bir faydası olmayacaq. Hökumət 2015-ci ilin səhvlərini təkrar edir, panikanın qarşısını almaq üçün valyuta ehtiyatlarını xərcləyir. Yuxarıda göstərildiyi kimi, dollar almağın yeganə biznes növünə çevrildiyi halda, bu tendensiyanın qarşısını almaq mümkün olmayacaq. Əgər banklar 14 günlük depozit hərracının 5.51 faizlik gəlirlərinə maraqlarını itirirlərsə, sahibkarlar da xaricdən müxtəlif yollarla mal idxalında maraqlı olmayacaqlar.

Manatın yaxın gələcəkdə minimum 30-40 faiz ucuzlaşması perspektivində, 5-10 faiz gəlirdən ötrü heç kim riskə getməyəcək. Bu isə idxaldan asılı olan ölkəni qıtlıq və bahalaşma ilə hədələyir. Bu qeyri-sağlam tendensiyanın qarşısını almağın yeganə yolu, manatı ucuzlaşdıraraq, hələlik Mərkəzi Banka sərbəst nəfəs almaq imkanı verməkdir".

İlhamə Rəsulova

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »