Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poçtla göndərilən bağlamada narkotik çıxdı

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Məlumatda bildirilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Aeroportun Bakı Karqo Terminalında Azərbaycan Respublikası vətəndaşı tərəfindən Çexiya Respublikasına göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirərkən monitorda şübhəli təsvirlər müşahidə ediblər.Həmçinin, kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.

Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »