Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Soydaş" İctimai Birliyi soydaşlarımıza müraciət etdi

Son dövrlər hər kəsi maraqlandıran və həyacan içində saxlayan məsələlərdən biri də məhz COVİD -19 virusudur. Təəssüflər olsun ki, bu bəla bizlərdən də yan keçmir.

Virusun qarşının alınması istiqamətində həyata keçirilən tədbirlər dayanmadan davam etdirilir. Azərbaycan Respublikasının müvafiq qurumlarnın apardığı profilaktik və qabaqlayıcı tədbirlərin nəticəsi olaraq hazırda bir çox qərarlar qəbul edilmişdir. Belə qərarlardan biri də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması olmuşdur.

Mövcud vəziyyətə uyğun olaraq hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 14 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən 10 gün müddətinə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri, piyada keçidi və hava nəqliyyatı üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovla Gürcüstan Respublikasının Baş Naziri Georgi Qaxariya arasında olan razılaşmaya görə Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan Respublikası ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.

Məsələ ilə bağlı Soydaş İctimai Birliyinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru , vəkil İlqar Eyyubov bizimyolinfoya müsahibəsində bildirdi ki, bu qərar qaçılmaz və zəruri bir qərardır. Epidemiya təhlükəsinin qarşının alınması əhalinin salamatlılığını qorumaq vacib olan tədbirlərdən biridir. O, həmçinin qeyd edti ki, qərarın tətbiqi hər iki ölkənin vətəndaşlarının bir müddət ölkələrini tərk etmək üçün çətinliklər yaratsa da ümumi rifah üçün zəruri tədbirlər silsiləsindəndir. Sərhədlərin bağlanması barədə əldə olunan razılıq zamanı qarşı tərəfdə olan vətəndaşların ölkələrinə sərbəst və maneyəsiz qayıtmaları ilə bağlı tərəflər qarşılıqlı olaraq üzərlərinə öhdəliklər götürmüşlər. İstər öz şəxsi avtomaşınları, istərsə də digər nəqliyyat vasitələri ilə ölkələrini tərk etmiş şəxslər müvafiq olaraq piyada və ya şəxsi nəqliyyat vasitələri ilə ölkələrinə qayıda biləcəklər. Lakin 24 mart tarixinədək yenidən qarşı tərəfə gəlmələri məhdudlaşdırılacaq.

Müsahibimiz həmçinin qeyd etdi ki, dəyişkən formada 70000-100000 arasında Gürcustan vətəndaşıları olan soydaşlarımız faktiki olaraq burda, Azərbaycan Respublikası ərazisində yaşayırlar. Bir çoxu daimi qeydiyyata düşmədən, müvəqqəti qeydiyyat üzrə vaxtaşırı sərhəd-rejim qaydalarına uyğun olaraq sərhədi keçib, qayıdırlar. Təbii ki, bu qaydanın tətbiqi onlar üçün kifayət qədər çətinliklər törədəcəkdir. Xüsusi ilə bu qərarın tətbiqi Novruz Bayramı ərəfəsində olduğundan çəkinliklərin yaranmasına səbəb olacaqdır. Gürcustan Respublikası ərazisində yaşayan qohumlarına baş çəkib, bayramlaşmaq, həm də Bayram günlərində qəbr üstünə getmək məslələri problemə çevriləcəkdir.

Sərhədlərin bağlı qalması müddətinin uzadılması ehtimalı olduğundan, bir çoxları geriyə, Azərbaycan Respublikasına qayıtmaq problemi ilə qarşılaşacaqlarından narahat olduqlarına görə ümumiyyətlə getməmək qərarına gəlmişlər.

İlqar Eyyubov Soydaşlarımızı məsələnin qlobal əhəmiyyətini nəzərə alaraq səbrli olmağa çağırmışdır. Sərhəddən keçidlə bağlı sualları yarandığı halda Azərbaycan Respublikasının Dövlər Sərhəd Xidmətinin (012) 504 82 39 nömrəsi ilə əlaqə yaratmasını da tövsiyyə etmişdir.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »