Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Distant təhsil üçün mobil operatorlara təklif: İnternet ödənişsiz olsun

Xəbər verildiyi kimi koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 29-dək dayandırılıb. Bütün pillə və növ təhsilin dayandırılması distant təhsil forması zərurətini yaradıb. Bu isə internetin keyfiyyəti və qiyməti məsələsini gündəmə gətirib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, artıq alternativ təhsil alma və təhsil vermə keçmək zərurəti yaranıb: “Bu da onlayn sistemdir. Yəni internet üzərindən bilgi mübadiləsi etmək lazımdır. Bunun üçün isə internet lazımdır. Nəzərə alsaq ki, kənd və qəsəbələrdə, bölgələrdə 90 faiz mobil internet istifadə olunur, naqil-modem internet yoxdur, deməli mobil operatorlar bu müddətdə internet tariflərini dəyişməlidir.

Kamran Əsədov Kamran Əsədov

Belə ki, qardaş Türkiyədə təbii fəlakət, zəlzələ zamanı həmən dəqiqə o bölgədə bütün mobil operatorlar xidmətlərini ödənişsiz olaraq təklif edir.

Təklif edirəm ki, bizdə də mobil operatorlar ən azı tələbələrin distant təhsilə qoşulması, şagirdlərin Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin video, elektron resurslarından istifadə etməsi üçün internet xidmətlərini onlar üçün ödənişsiz etsin.

Güzəştdən sui-istifadənin qarşısını almaq üçün isə şagird və tələbənin şəxsiyyət vəsiqəsinin seriyasını, və ya tələbə biletinin nömrəsi ödənişsiz xidmət üçün müəyyən edilmiş nömrəyə göndərsin.

Düşünürəm ki, bu gərgin vəziyyətdən dövlət və özəl qurumlar əl-ələ, vahid sistem şəklində birləşib işləsələr az zərərli çıxa bilərlər”.

Nicat Manafov Nicat Manafov

İnternet və kommunikasiya məsələləri üzrə ekspert Nicat Manafov Bizimyol.info-ya bildirib ki, Azərbaycanda internetin keyfiyyətinin çox aşağı olduğu nəzərə alınsa, onlayn təlim-tədris prosesinin Bakı ərazisi istisna olmaqla rayonlarda çox ciddi problemlə üzləşiləcək: “Əhalinin böyük bir qrupunun evlərində internetin olmamasını və onların sadəcə smartfonlar və mobil data üzərindən internetə qoşulduğunu nəzərə alsaq, mobil operatorların da data qiyməti onlayn təhsil almağa uyğun deyil.

Yaxşı olar ki distant təhsil portallarının xərcləri dövlət tərəfindən qarşılansın və həmin portaldan istifadə üçün balansdan meqabayt çıxılmasın. Belə olan halda biz kəsilmiş təhsil prosesini onlayn təhsil formasında davam etdirə bilərik. Əks təqdirdə isə ortalama 3 geqabayt sərf etsə, bu da hər tələbə üçün minumum 1-2 manat xərc deməkdir. Gündə 8 dərsin olduğunu və aylıq xərcin təxminən 100 manat olduğunu nəzərə alsaq, bu isə Bakıətrafı rayonlarımızda və regionlarda yaşayan əhalinin bu xərclərin qarşısında aciz qalacağı bəllidir”. Ekspert distant təhsil üçün hazırlığın öncədən aparılmalı olduğunu vurğulayıb.

Ramid İbrahimov

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »