Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı eskpertiza təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yaşlı Zəhra Quliyevanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclasının qərarı elan olunub.

Qərara əsasən, Tərgül Nəzərova barəsində kompleks məhkəmə psixiatrik-psixoloji stasionar ekspertizası təyin olunması ilə bağlı qərar çıxarılıb.

Bu səbəbdən proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakıda baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »