Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nağd pullar virus mənbəyinə çevrildiyi üçün kriptovalyuta bazarında yüksəliş yaranıb

Koronavirusun əsas yayılma vasitələrindən biri də nağd puldur. Dünya Səhiyyə Təşkilatı da bu barədə xəbərdarlıq edib. Ona görə də mütəxəssislər maksimum dərəcədə nağdsız ödənişlərdən istifadə etməyi məsləhət bilirlər. Bunun üçün dövlət bütün ticarət obyektlərində POS terminalların olmasını təmin etməlidir.

2013-cü ildə Mastercard və Oxford Universiteti tərəfindən həyata keçirilən araşdırmada1 isə Avropadakı ortalama bir əskinasın üzərində sağlamlığa zərər vermə potensialına sahib 26 min bakteriyanın mövcud olduğunu aşkarlanıb. Eyni araşdırmaya görə hətta ən yeni əskinasın üzərində belə orta hesabla 2400 bakteriya var və onlar tənəffüs və sidik yollarının infeksiyasına səbəb ola bilər. ABŞ-da aparılmış müstəqil bir araşdırmaya görə isə soyuqdəymə kimi bir xəstəliyə yoluxmuş birinin toxunduğu pulda viruslar 12 gün boyunca yaşayır.

Koronavirus təlaşı ilə hazırda kriptovalyuta sektorunda bir canlanma müşhaidə olunmaqdadır və bu heç də səbəbsiz deyil. Bəs onu necə əldə etmək olar?

Ən populyar alış üsulu isə kriptovalyutanı birjadan almaqdır. Sadəcə bunun üçün müyyən bilikləriniz olmalıdır. Birjaların mədaxil-məxaric şərtləri, komissiyalar və qeydiyyat zamanı verifikasiya tələbləri barədə qabaqcadan məlumatınız olmalıdır. Çünki birjada əməliyyat zamanı istənilən ehtiyyatsız əməliyyat rəqəmsal aktivlərinizin birdəfəlik itirilməsinə səbəb ola bilər.

Kriptovalyatının nağd pula çevirməyin 4 əsas üsulu var: birjalar, mübadilə servisləri, bitcoin ATM-lər və fiziki şəxlərin (əldən almaq) köməyi ilə. Birja və ya mübadilə servislərində rəqəmsal aktivlərinizi fiat pullara çevirdikdən sonra onları nağdlaşdırmaq üçün şəxsi Visa/Master kartlarına göndərə bilərsiniz.

Beynəlxalq elektron cüzdanlara valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və MasterCard/Visa kartları ilə. Azərbaycanda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər hüquqi şəxslərə (birja və elektron cüzdanlar) birbaşa bank köçürməsi edə bilmir. Odur ki, balans artırılması yalnız beynəlxalq kartlar vasitəsilə mümkündür. Lakin bu zaman nəzərə almalısınız ki, elektron cüzdanlardakı balansı artırmaq üçün sizin əlavə komissiya xərcləriniz çıxacaq. Nəzərə alın ki, 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanlar və kripto-birja hesablarına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil etdikdə sizdən 18% vergi tutulacaq. Üstəgəl mübadilə saytlarının öz komissya xərcləri.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər