Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Supermarket şəbəkəsi kartda olan bonusu silib” - Şikayət

Vətəndaş “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan market şəbəkələrinin bonus kartından şikayətçidir.

Bizimyol.info xəbər verir ki vətəndaş Nəsirova Dilşad Çingiz qızı “Favorit” supermarket tərəfindən mənə təqdim edilən bonus kartından üstünlüyündən istifadə edə bilmir.

“2013-cü ildə “Favorit” supermarket tərəfindən mənə təqdim edilən bonus kartından 2017-ci ilin sonuna qədər istifadə etmişəm. Alış-veriş zamanı bonus kartına bonusları əlavə etdirmişəm.

Bir müddət keçdikdən sonra toplanılan bonusları istifadə etmək niyyəti ilə “Favorit” supermarketinə müraciət etdim. Supermarketin əməkdaşları bildirdilər ki, hazırda bonus kartından istifadə etmək mümkün deyil, çünki “Favorit” supermarketi “Araz” marketlər şəbəkəsinə qoşulacaqdır və gələcəkdə bonus kartları dəyişilərək toplanılan xallar yeni “Araz” bonus kartlarına yükləniləcəkdir. Həmin dəyişiklik 2018-ci ilin əvvəlində baş verdi. Market əməkdaşları mənimlə əlaqə saxlayaraq bildirdilər ki, köhnə kartda olan bonuslar artıq yeni “ARAZ” market kartına yüklənilib. Həmin ərəfələrdə sözügedən “Favorit” marketin yerləşdiyi ünvandan başqa ünvana köçdüyüm üçün və yaşadığım ünvanın yaxınlığında həmin market olmadığı üçün bir müddət

“Araz” supermarketlər şəbəkəsini xidmətindən istifadə etməmişəm. 2019-cu ilin oktyabr ayında yaşadığım ünvanın yaxınlığında Mirzə İbrahimov küçəsi 53 ünvanında (Xarici İşlər Nazirliyi və Qış parkı yaxınlığında) yeni “Araz” marketi açıldı. Bu marketdə alış-veriş etdikdən sonra hər zamankı qaydada kassaya yaxınlaşdım, bonus kartımı təqdim etdim. Market əməkdaşları bildirdilər ki, bonus kartı artıq etibarlı deyil və mən bonus kartının arxasında qeyd edilən (012) 924 qaynar xəttinə müraciət etməliyəm. Qaynar xəttə zəng etdiyimdə mənə məlumat verdilər ki, bonus kartı bir müddət istifadə olunmadığına görə deaktiv olmuşdur. Mən isə bildirdim ki, bonus kartının arxasında qeyd olunan şərtlərə əsasən sözügedən bonus kartının istifadə müddəti limitsizdir. Ofis əməkdaşları cavab verdilər ki, bu şərt kartın bir neçə dəfə istifadəsini nəzərdə tutur. Mənimlə danışan əməkdaşa bildirdim ki, yuxarıda qeyd olunanla narazıyam, mənim istehlakçı hüquqlarım pozulmuşdur və xahiş etdim ki, rəhbərlikdən kimsə mənimlə əlaqə saxlasın”,-deyə D.Nəsirova bildirib.

Vətəndaş onun adına olan “Araz” bonus kartının yenidən aktivləşdirilməsini və kartın üzərində olan bonusların bərpa olunmasında ona dəstək olmağını xahiş edib.

Məsələ ilə bağlı “Araz” supermarket şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Billurə Əmirova Bizimyol.info-ya bildirib ki, 2018-ci ildən sonra “Favorit” kartı “Araz” kartı ilə əvəzlənib: “Dilşad Nəsirov kart transferindən ümumiyyətlə “Araz” kartından istifadə etməyib.

31 avqust 2019-cu il tarixindən bonus kartların istifadəsi ilə bağlı yeni qayda tətbiq olunur. Belə ki 6 ay ərzində hərəkət görməyən bonus kartın balansı sıfırlanaraq kart deaktiv olunur. Yeni qayda ilə bağlı məlumatlar social media hesabımızda yerləşdirilib, həmçinin bütün marketlərdə yazılı şəkildə qeyd olunub. Görünür Dilşan xanım uzun müddət “Araz” marketlərdən alış-veriş etmədiyindən yeni qaydadan məlumatı olmayıb”.

Ramid İbrahimov

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »