Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Qara narkotikdən asılılığımız bitməsə, vəziyyət pis olacaq"

Bloomberg-in təhlilinə görə, bu günlərdə neftə qlobal tələbatın ixtisarı 1980-ci ildə baş verən kəskin azalma səviyyəsində ola bilər. O zaman gündəlik tələbatın azalması qısa müddtədə 2.5 mln. barreldən çox olmuşdur.

2019-cu ildə xam neftə qlobal tələbat gündəlik 100.3 mln. barrel təşkil edib. Bu azalma ilə bağlı proqnoz reallaşarsa, deməli gündəlik qlobal 97.5 mln. barrel təşkşil edə bilər.

Goldman Sachs isə daha pessimist proqnozla çıxış edib - apreldə fevrala nisbətən tələbatda 4 mln. barrel azalma gözlənir.

80-ci illərdə neft bazarında eniş 2003-cü ildən başlayarq yüksəlişlə əvəz edildi. Qlobal böhranın ömrü uzanacağı tədqirdə neftsiz istehsal sahələri vasitəsilə Azərbaycan iqtisadiyyatı az zərər görə bilər.

Qeyri-neft iqtisadiyyatı əsasən xidmət sektorundan ibarətdir. Statistikaya görə, neft-qaz sənayesindən kənar iqtisadiyyatda istehsal sahələrinin payı cəmi 20%-ə yaxındır. Bura aqrar sektor və qeyri-neft sənayesi daxildir.

Qeyri-neft sektorunda ən böyük xüsusi çəki isə ticarət, restoran xidmətləri və turizm sektorunun payına düşür- 25%.

Həftənin ilk günü dünya bazarlarında neftin qiyməti ciddi azalma ilə yenidən həyəcan yaratmaqdadır. Bizimyol.info xəbər verir ki, BRENT markalı neft 32,77 dollara qeydə alınıb.

Beynəlxalq qurumlar uzun müddət neftin barelinin 20-29 dollar ətrafında satılacağı barədə proqnoz veriblər. Neft ölkəsi olaraq bu azalma bizə nə vəd edir? İqtisadçı alim, professor Saleh Məmmədovun fikrinə görə, neftin bizə nə vəd etməsi öz bacarıq və qabiliyyətimizdən asılıdır.

Saleh Məmmədov Saleh Məmmədov

"Nə vəd etməsi neftin qiymətindən deyil, bizim bacarığımızdan asılıdır. Görəcəyimiz tədbirlərdən asılıdır. Vəziyyəti normal istifadə edə bilsək, milləti bu qara narkotikdən qurtarıb, neftdən asılılığı aradan qaldırcaq, istehsala yönələcəyik. Elm inkişaf etdirilməli, istehlakçı bir cəmiyyətdən istehsalçı, yaradıcı cəmiyyətə çevrilməliyik, tənbəlliyə, xəifliyə, bacarıqsızlığa, ələ baxımlılığa son qoymalıyıq. İqtisadi inkişaf sistemi, elmi, texnoloji inkişaf bizim ayağa qalxmağımıza, millətin mətinləşməsimə, məcmu gücünün, müqavimət qüdrətinin artmasına, xalqın mətinləşməsinə səbəb olacaq. İndiki kimi davam etsək bizi çox çətin gələcək gözləyir. Atatürkün sözü ilə - istehlakçı cəmiyyətlər əvvəl ləyaqətini, sonra azadlığını və nəticədə gələcəyini itirməyə məhkumdu. Biz sırf bir istehlakçı cəmiyyət qurmuşuq. 95 faiz neftdən asılı vəziyyətdəyik, sadəcə bir ip üzərində yarıyuxulu yeriyirik. O da hər an qırıla bilər. Azərbaycanın minimum 13 milyradlıq idxal məhsuluna ehtiyacı var, 1.9 milyarlıq neftsiz ixrac edirik. İdxal hesabına həyat üçün ən zəruri şeylərə ehtiyacımız var. Bu olmasa nə odacaq? Hansı istiqamət yolu götürəcəyik, bu bizdən asılıdır. Həyatda alimlər, ağıllı cəmiyyətlər həm təbii, həm iqtisadi fəlakətlərə, dağıdıcı təbii hadisələrin enerjisini faydalı enerjiyə çevirib, adaptasiya edib cəmiyyətin inkişafı üçün istifadə edirlər. Bu da dağıdıcı təsirə malik bir böhrandır və böyük gücə malikdir. Biz bu gücü əhliləşdib öz xeyrimizə istifadə edə bilsək, işin içindən çox böyük qələbə ilə çıxarıq. Neftin qiymətinin bu səviyyəyə düşməsi ciddi bir proqnozdur və bu bizim üçün ağır nəticələnə bilər.Bu səviyyədə yüksək idxalın valyuta təminatını da edə bilməyəcəyik. Bu proqnoz qiymətlər heç şişirdilmiş maya dəyərini ödəməyə çatmayacaq", - deyə Saleh Məmmədov qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »