Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum dörd kiloqrama yaxın narkotiklə tutuldu

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. “İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki evindən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »