Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda möcüzə: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı - VİDEO
Qaradağ rayonunda 6-cı mərtəbədən yıxılan uşaq heç bir xəsarət almayıb.

Xezerxeber.az məlumat verir ki, qeyri-adi hadisə paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Ev sakinlərinin gözündən yayınan 2 yaşlı Əli Hüseynli altıncı mərtəbədəki eyvanın pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib. Atası Sadiq deyir ki, uşaq yıxılan vaxtı o, evdə olmayıb.

Bundan sonra səsə qonşular gəlib və uşağı torpağın üzərindən götürdükdə gözlərinə inanmayıblar. Onun üzərində heç bir xəsarət olmayıb.

Hazırda Hüseynovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur.

Bununla belə mütəxəssislər istilərə görə eyvan qapılarının bir çox evdə açıq saxlanıldığını nəzərə alaraq xüsusilə də azyaşlı uşaq olan ev sakinləri diqqətli olmağa səsləyir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »