Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın sabiq qapıçısı: "Küçələr boşaldı, bu dəlilikdir"

"Küçələr boşaldı. Açıq olan yeganə yer supermarketlərdir. Bir az yemək ala bilərsiniz və sonra birbaşa evinizə qayıdırsınız. Bu dəlilikdir".

"Mirror" xəbər verir ki, bu fikirləri İtaliyanın "Milan" klubunun qapıçısı Asmir Beqoviç koronavirusa görə ölkədəki vəziyyətlə bağlı danışarkən deyib.

33 yaşlı qolkiper Milan şəhərinin çox böyük olduğunu sözlərinə əlavə edib: "Düşünürsən ki, bu bir filmdir. İnsanlar bunun bir film səhnəsi kimi olduğunu söylədilər və həqiqətən də belədir. Daha əvvəl heç belə bir şey görməmişəm. Virus İtaliyaya çox təsir etdi. Bunun səbəbini bilmirəm. Çox sayda insan öldü. İnsanların ürəkləri parçalanır. İlk olaraq matçların keçirilməsi ilə bağlı mübahisələr yarandı. Bir neçə oyun azarkeşsiz oldu. Bu, bizim üçün heç də böyük bir təcrübə deyildi. Sonra isə bütün oyunlar dayandırıldı. Demək olar ki, bütün şəhər bağlıdır, saat 6-da sonra restoran tapmaq mümkün deyil".

Bosniya və Herseqovinanın yığmasının üzvü çempionat qarşılaşmaları üçün gözləməli olduqlarını sözlərinə əlavə edib. "Biz indi məşq etmirik. "Milan"da heç kimin testi müsbət nəticələnmədi. Bütün tədbirlərə əməl etməliyik. Məşq edə bilməməyimiz çox qəribədir. Başqa işlər görməyə çalışmalısınız. "Netflix"də izləyə biləcəyiniz filmlər var".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus olan Asmir Beqoviç mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. Onun "Milan"la icarə müddəti mövsümün sonunda bitir. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »