Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada hərbi helikopter yaşayış binasına atəş açdı

Rusiyanın Çita şəhərində hərbi helikopter təsadüfən çoxmənzilli binaya mərmi atəşi açıb.

“Baza” teleqram kanalı xəbər verir ki, helikopter “Çeryomuşki” hərbi hava limanında hərbi sursatını boşaldan zaman problem yaşanıb və qəflətən atəş açılıb.

Vətəndaşların şikatəyindən sonra hadisə yerinə gələn xilasedicilər, evə baxış keçirərək mərminin üçüncü mərtəbəyə dəydiyini təyin ediblər.

Zərbə nəticəsində şüşələr sınıb, həmçinin mərtəbələr arasındakı arakəsmələr və balkonlar zədələnib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »