Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da dollarla bağlı qərar verildi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 1-1,25%-dən 0-0,25%-ə endirib.

BBC xəbər verir ki, Federal Ehtiyatlar Sistemi koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq, ölkə iqtisadiyyatının inkişafını və dolların mövqeyini möhkəmləndirmək üçün belə qərar qəbul edib. Sonuncu dəfə mart ayının 3-də Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1,75-1,50-dən 1-1,25%-ə endirib.

Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi son illərdə ilk dəfədir uçot dərəcəsini kəskin şəkildə endirir. Koronavirusun iqtisadiyyata vurduğu fəsadlara görə faiz dərəcəsinin azaldılmasının vacibliyi barədə dəfələrlə çağırış edən prezident Donald Tramp bu qərarı böyük məmnunluqla qarşılayıb.(publika.az)

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər