Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağdadda koronavirus səbəbindən komendant saatı tətbiq olunur

İraq hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxtda komendant saatı tətbiq edib, eləcə də Bağdadan və geriyə olan uçuşları dayandırıb.

“Alsumaria” televiziya kanalı xəbər verir ki, belə bir qərar bazar günü Baş Nazir vəzifələrinin icraçısı Adel Abdul Mehdinin rəhbərliyi altında xəstəliyə qarşı mübarizə çərçivəsində böhran qərargahının iclasında qəbul edilib.

Telekanal bildirib ki, yerli vaxtla saat 23:00-dan martın 17-də saat 23:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər tətbiq ediləcək. Bu tədbirlər hüquq-mühafizə orqanları və KİV nümayəndələrinə, həkimlərə, diplomatlara və lazımi malların, yeməklərin çatdırılması ilə məşğul olan təşkilatlara şamil edilmir. Eyni zamanda, nazirliklərin və dövlət qurumlarının, habelə əyalətlərlə nəqliyyat əlaqələrinin işi dayandırılır. Digər bölgələrdəki rəsmilərə də oxşar tədbirlər tətbiq etmək barədə səlahiyyətlər verilib.(apa)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər