Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan-Putin anlaşmasının icrasına başlanıldı

Martın 5-də Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsindəki böhranlı vəziyyəti həll etmək üçün əldə etdikləri razılığa dair protokolun icrasına başlanılıb.

Zvezda TV-nin yaydığı məlumatda Rusiya və Türkiyənin M-4 avtomobil yolu boyunca birgə patrul xidməti həyata keçirməyə başladığı bildirilir.

Xatırladaq ki, liderlərin əldə etdiyi razılıq aşağıdakı maddələri özündə ehtiva edib:

martın 6-da saat 00.01-dən etibarən İdlibdə bütün hərbi fəaliyyət dayandırılır;

- Türkiyə və Rusiya Suriyada M-4 avtomobil yolunun şimal və cənubunda 6 km-lik təhlükəsizlik dəhlizi yaradacaq;

- martın 15-dən Rusiya və Türkiyə M-4 avtomobil yolu boyunca birgə patrul xidməti həyata keçirəcək. (Modern.az)

Son xəbərlər
Bütün xəbərlər »