Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada Baş Nazirin xanımı koronavirusa yoluxdu - Foto

İspaniyanın Baş Naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.

Bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yayıb.

Beqonya Qomes Beqonya Qomes

Bildirilib ki, Monkloa Sarayında Baş Nazirə yaxın olan insanlardan götürülmüş analizlər onun xanımı Beqonya Qomesdə müsbət nəticə verib. Baş Nazirinin xanımın səhhətinin stabil olduğu, nəzarət altında saxlanıldığı bildirilir.

Qeyd edək ki, İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edib. İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 pasiyent dünyasını dəyişib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »