Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA AVRO-2020-ni dekabra təxirə sala bilər

Koronavirus pandemiyası üzündən keçirilməsi sual altına düşən AVRO-2020 ilin sonuna təxirə salına bilər.

Yarışı keçirmək üçün bir sıra variantları götür-qoy edən UEFA final mərhələsini dekabrda təşkil etmək variantını da nəzərdən keçirir.

Bildirilir ki, qurum rəhbərliyi ölkə çempionatlarının başa çatdırılması üçün iyun ayını klub və liqaların sərəncamına verəcək. İyunun 12-dən iyulun 12-dək təşkil olunmalı olan qitə çempionatı isə dekabrda keçirilə bilər.

UEFA-nın müzakirə etdiyi digər variant yarışın 2021-ci ilin yayında baş tutmasıdır. Lakin həmin vaxt FİFA klublararası dünya çempionatının yeni formatda keçirməyə israrlıdır. Bu səbəbdən dekabr variantı da real görünür.

Qeyd edək ki, martın 17-də UEFA üzvü olan 55 milli assosiasiya, həmçinin Avropa Klublar Assosiasiyası (ECA) və Futbolçuların Həmkarlar İttifaqı (FİFPro) birlikdə videokonfrans keçirəcək. Tədbirdə qitə futbolunda yaranan durum müzakirə olunacaq və müvafiq qərarlar verilə bilər.(apa)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »