Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbələrdə insanlar arasında məsafə məhdudiyyəti müəyyən edilib

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində kassa qarşısında və ya digər yerlərdə növbələr vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Nazirlr Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətini qaydalarda qeyd edilib.

Eyni zamanda alış-veriş mərkəzlərində yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələr yaradılmalı və yerli ictimai göstərişlərə əməl edilməlidir. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da təmin edilməlidir.

Qeyd edək ki, Nazirlr Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »