Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Onkologiya Mərkəzinin bağlanması barədə məlumatlara rəsmi açıqlama

“Milli Onkologiya Mərkəzinin bağlanmasına dair yayılan məlumatlar əsassızdır”.

Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli mərkəzin bağlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Azad Kərimli Azad Kərimli

O bildirib ki, insanlara yalan informasiya verib, təlaşlandırmaq lazım deyil:

“Bu məlumatları kim və hansı məqsədlə yayır, başa düşə bilmirəm. Milli Onkologiya Mərkəzində həkim kollektivi hər zamankı qaydada işlərinə davam edir. Ötən gün Nazirlər Kabineti COVID-19 təhlükəsi ilə bağlı ölkə ərazisində aylıq xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul edib. Tək biz yox, bütün tibb müəssisələrində qərara uyğun olaraq müvafiq tədbirlər görülür.

Mərkəzdə xəstələr evə buraxılmayıb. Müalicələrini mərkəzdə davam etdirirlər. Sadəcə olaraq, xəstə ziyarətini məhdudlaşdırmışıq. Bu, bizim yox, Nazirlər Kabinetinin qərarıdır”.(oxu.az)

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »