Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümumdünya Turizm Təşkilatı bütün tədbirləri təxirə saldı

Mərkəzi ofisi Madrid şəhərində yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) koronavirusun (COVİD 19) yayılması ilə əlaqədar bütün tədbirlərini aprelin sonuna qədər təxirə salıb.

Bu barədə qurumun rəsmisi Marcelo Risi məlumat verib.

“Bu gün Ümumdünya Turizm Təşkilatı qlobal səviyyədə aprel ayının sonunadək bütün tədbirlərini təxirə salır. Təxirə salınan tədbirlərin nə vaxt keçiriləcəyi isə hadisələrin inkişafından asılı olacaq”, – o bildirib.

UNWTO-un mərkəzi ofisdə işləyən bütün işçiləri bundan sonra evdən işləyəcəklər.

M.Risi bildirib ki, təşkilatın heç bir aktiv fəaliyyəti olmayacaq: "Biz səhiyyə təşkilatların tövsiyələrinə əməl edirik. Əlbəttə ki, fəaliyyətimizi davam etdirəcəyik".

Qeyd edək ki, bu gündən Madriddə bütün mağazalar (ərzaq və zəruri mallar, o cümlədən aptek və yanacaqdoldurma məntəqələri istisna olmaqla) restoranlar, barlar, teatrlar, kinoteatrlar, muzeylər, kazinolar, bəzi parklar bağlanacaq. Rəsmilər insanları mümkünsə evlərini tərk etməmələrini tövsiyə edib.

Son məlumatlara görə, İspaniyada virusa yoluxanların sayı 5 753 nəfərdir, onların da təxminən 3 min nəfəri Madriddədir. Epidemiya başlayandan bəri ölkədə 136 nəfər ölüb, 517 nəfər sağalıb.(report)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
››› Hazırkı tendensiya ana dilinin gələcəyi üçün təhlükə yarada bilər
Son xəbərlər
Bütün xəbərlər »