Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis qarşısında yeni vəzifələr qoyulub

Milli Məclisin yeni tərkibinin açılış iclasında Prezident İlham Əliyev dedi ki, parlament demokratik seçki əsasında formalaşıb və xalqın iradəsini əks etdirir. Prezident həmçinin dedi ki, parlament çoxpartiyalılıq əsasında formalaşıb. Eyni zamanda həmin çıxışda siyasi islahatların başqa aspektlərinə də toxunuldu.

Prezident yanında Dovlət Idarəcilik Akademiyasının bas muəllimi, Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bu məsələləri geniş şərh edib.

- Zaur müəllim, parlamentdən kənarda qalan partiyalar Prezidentin Milli Məclisdəki nitqində söylədiyi bir çox fikirlərlə razılaşmadılar. Bu haqda nə deyə bilərsiniz?

-Prezident parlamentdə nitqi zamanı bir sıra məsələlərə toxundu. Onun demokratik seçkilər haqqında fikri ilə hər hansı bir müxalifət partiyasının razılmaması heç nəyi həll etmir, seçkilərin demokratikliyinə kölgə salmır... -Həmin siyasi qüvvələr deyir ki, seçki demokratik olsaydı, biz də orda olardıq... -Bilirsiniz, bütün dünyada məğlub olanlar məğlubiyyətlə barışmaq istəmirlər. Onlar, təbii ki, narahatlıqlarını bildirir, qeyri -şəffaf adlandırırlar. Bu əsasən Asiya, Afrika, Latın Amerikası ölkələri üçün xarakterik xüsusiyyətlərdən biridir.

- Prezidentin çıxışında əsas mesaj, Sizcə, nə idi?

- Prezident çıxışı zamanı millət vəkillərinə seçiciləri ilə daima təmasla olmaqlarının zərurətini bildirdi... - Bu onsuz da deputatın vəzifəsidir. - Bəli, amma bir daha Milli Məclisin yeni deputatları qarşısında bu kimi məsuliyyətlər qoyuldu ki, özişlərinə daha peşəkarcasına və məsuliyyətlə yanaşmalıdırlar.

-Parlament siyasət meydanıdır. Peşəkar siyasətçi isə partiyalarda yetişir. Orda təmsil olunan partiyaıarın hər birinin 1, 2 3 deputatı var. Yalnız YAP çox dairədən təmsil olunur. 1 ya 3 deputatı olan partiyanı necə ciddi siyasi qüvvə adlandırmaq olar?

- Ciddi siyasi qüvvələrin olması üçün, ümumiyyətlə, ölkənin siyasi arenasında, ictimai sektorunda müxalifət partiyalarının ciddi yer tutmaları lazımdır. Onların cəmiyyətin ayrı- ayrı qrupları tərəfindən təqdir edilməsi lazımdır. Parlament seçkilərinin nəticələri əslində onların cəmiyyətin neçə faizi tərəfindən təqribi dəstəklənməsini bir daha göstərmiş oldu.

- Yəni bu indiki Milli Məclisdə ciddi siyasi partiya yoxdur deməkdir? Eləmi?

- İş orasındadır ki.. Gəlin, özümüzü aldatmayq. Azərbaycanda kütlələri, ayrı- ayrı sosial qrupları öz ətrafında apara biləcək güclü müxalif lider, belə bir şəxs yoxdur.

- Bəs niyə deyirlər ki, parlamentdə müxalifət var?! Hətta bir deputatı da müxalifət təmsilçisi kimi Milli Məclis sədrinin müavini ediblər.

- Baxın, parlamentdəki siyasi partiyalar başda Yeni Azərbaycan Partiyası olmaqla gələcək 5 ildə qanunverici orqanda xalqı təmsil edəcəklər .Təbii ki siyasi partiyaya mənsubluğundan asılı olmayaraq, hər kəs onlardan ilk növbədə Azərbaycan üçün, xalq üçün, dövlət üçün layiqli olmağı gözləyir. Parlamentdə tərkibin dəyişməsi və eyni zamanda artıq yeni spikerin , vitse-spikerlərin təyin edilməsi də məndə parlamentin gələcəyi ilə bağlı nikbinlik oyatdı. Biz elə parlament aparatına, strukturuna , eyni zamanda komitə sədrlərinə nəzər salsaq, görərik ki, onlar kifayət qədər təcrübəli, cəmiyyət tərəfindən hörmət edilən və müstəqillik dövründə siyasi arenada söz deyə bilən , kifayət qədər ciddi fiqurlardır. Onların hər birinin dövlət və xalq qarşısında ayrı-ayrı rolları olub. Bu tərkib bundan əvvvəlki tərkibdən daha effektiv işləyəcəkdir. Təbii ki, parlamentin işi həm də beynəlxalq proseslərdən, regional, regionda baş verən siyasi, sosial və iqtisadi mühitdən asılı olacaq. Biz bilirik ki, son zamanlar, ümumiyyətlə, dünya yeni iqtisadi və siyasi sistemə daxil olur. Və bu yeni iqtisadi, siyasi sistemə daxil olma hər bir ölkə qarşısında müəyyən çağırışlar yaradıb. Azərbaycan da mühüm çağırışlarla üz- üzədir. Bu çağırışları biz istər cəbhədə, istərsə də xarici faktorlar tərəfindən bizə qarşı atılan addımlarda görməkdəyik.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »