Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus konsolidasiyası

Bizim ictimai antivirus proqramımız haqqında

Azərbaycan hökuməti COVİD-19 yeni tip virusa qarşı daha miqyaslı addımlar atdı. Buna qədər də (bu il fevralın əvvəlindən başlayaraq) hökumət bir sıra məhdudlaşdırıcı qərarlar vermişdi.

Xüsisilə bu, koronavirusun başqa ölkələrdən, ilk növbədə həmin vaxt koronavirusun daha çox yayıldığı Çindən və İrandan idxalının qarşısını almaq üçün sərhəd və gömrük keçid məntəqələrində buraxılış qaydalarının sərtləşdirilməsi, sərhədyanı bölgələrdə karantin rejiminin yaradılması, virusa yoluxma şübhəsi olan xarici ölkə vətəndaşlarının, eləcə də, yerli vətəndaşların karantin şəraitində testləşdirilməsi, xəstəliyə tutulanların izolyasiya olunaraq müalicə stasionarına götürülməsi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməli kontaktın qurulması kimi səylər və addımlar oldu. Sonrakı mərhələdə ÜST-dən ən müasir laboratpriya dəsti alındı. Cəmiyyətin maarifləndirilməsi və məlumatlandırılması mexanizmləri yaradıldı. Bu günə qədər dövlət ictimai səhiyyənin və vətəndaş təşəbbüsləri potensialının bu bəlaya qarşı səfərbər olunması üçün lazım olan addımları atıb və bu addımlar davam edir. ÜST Azərbaycandakı bu antiböhran səylərini təqdir etdi.

Növbəti mühüm qərar dünən axşam qəbul olundu; bütün kütləvi tədbirlər qadağan olundu. İctimai nəqliyyatın, ictimai iaşə obyektlərinin işinin yeni qaydaları tətbiq olundu. Daga əvvəl məktəblər, bağçalar bağlandı. Dərslər, imtahanlar dayandırıldı. Nazirlər Kabineti yanında Operativ Qərarfah gecə-gündüz fasiləsiz işləyir.

UST - Ümumdünya Səhiyyə Təşkilatı

Koronavirus ciddi, qlobal təhlükədir. Əlbəttə ki, bu təhlükəyə qarşı bütün dünyada mübarizə gedir. Ancaq milli hökumətlər öz məsuliyyət ərazisində - hər biri öz ölkəsində qabaqlayıcə və nəticələrin aradan qaldırılması üçün tədbirlər görür. Azərbaycan həm öz daxilində virusla mübarizə üçün 10 milyon manat vəsait ayırdı, həm də daha 5 milyon manatı ÜST çərçivəsindəki qlobal səylərin dəstəklənçəsinə yönəltdi.

Təbii ki, belə vəziyyətlərdə hökumətlərin məsuliyyəti böyükdür; resurslar onun məzarətindədir. Bu səbəbdən, görülən işlərə görə təqdir də, görülməyən işlərə görə qınaq da hökumətin ünvanəna yönəlir. Ancaq hökumət dövlətin bir hissəsidir; dövlətin başqa hissələri onun əhalisi və ərazisidir. Dövlət - biz haməmızıq. Bu gün yaranmış vəziyyətdən çıxış yolu - hökumətin qoyduğu qaydalara əməl etmək və bununla yanaşı öz sağlamlığını risqlərdən qorumaq üçü hər bir fərdin təmkinli və tədbirli davranmasıdır. Verilən qərarlardan izafi təlaşa düşməmək, qaydalara əməl etmək hər bir fərdin borcudur. Hökumətin gördüyü tədbirlərin özləri də yetərsiz görünə bilər; bu zaman ictimai nəzarət mexanizmləri əlavə təşviş yaratmadan nöqsan və çatışmazlıqları hökumətə çatdıra bilər. Bu halları da xüsusi zırurət olmadıqca və antiböhran strategiyasına zərər vurmadıqca ictimai mühakiməyə çıxarmaq da doğru olmaz. Bu gün ixtilafları unudub hamılıqla bu bəlaya qarşı durmağımız lazımdır. Yaranmış vəziyyətdən asan maddi, şəxsi, siyasi və sair qazanc əldə etmək, möhtəkirlik etmək bizim fərdi və ictimai əxlaqımıza ziddir. 1990-cı il 20 yanvar hadisələrindən sonra bütün ölkəboyu 40 gün matəm elan edilmişdi. Həmin 40 gündə respublikada heç bir cinayət törədilmədi. Çünki dərd insanları birləşdirmişdi. Bu gün də bizim cəmiyyətimiz daha sıx, həmrəy olmalıdır; birimizin ayağına dəyən daş hamını ağrıtmalıdər. Başqa yolumuz yoxdur.

Görürsünüz ki, Azərvaycandan çox-çox böyük -iqtisadi baxımdan çox qüdrətli ölkələrdə bu virus dəfələrlə böyük miqyaslarda yayılıb. Bəzi ölkələrdə Azərbaycanda olduğundan da daha sərt qaydalar, tədbirlər var. İsraildə karantin rejimini pozmağa görə artıq 9 cinayət işi qaldırılıb. Çində bu əmələ görə edam cəzası tətbiq olunur. Cexiya kimi Mərkəzi Avropa ölkəsində karantin qaydalarını pozan şəxs 100 min avro cərimə ödəməlidir. Bu gün demokratik saydığımız başqa ölkələrdə daha sərt sanksiyalar var. ABŞ Prezidenti fövqəladə vəziyyət rejimi tətbiq edir. İtaliya hökuməti bütün ölkədə karantin rejimi qoyub. Məqsəd cəmiyyəti bütövlükdə qorumaqdır. Çünki fevralın əvvəlində koronavirus 1 ölkədə vardı, bu gün 145 ölkədə var. Bu, pandemiyadır. Bununla zarafat etmək olmaz; hərçənd cəmiyyətimizdə belə uğursuz zarafat edənlər də tapılıb. Onların da öz cəzası var.

Koronavirus

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsinə baxmaq lazəmdır. Həmin maddənin dispozisiyasında əhalini vahiməyə salan əməllər formasından asılı olmayaraq terrorçuluq əməli sayılır və 10 illik müddətdən başlamış ömürlük həbsə qədər cəza sanksiyası nəzərdə tutur. Belə şeyləri zarafat predmetinə, dedi-qodu janrına, şaiyə mövzusuna çevirmək onu edənlər üçün də, cəmiyyət üçün də çox təhlükəlidir. Milyonlarla insanın həyatına və sağlamlığına zərər vura biləcək "zarafat", dedi-qodu, məqsədli uydurmalar, təşviş və total vahimə yaradan çağırışlar cəzasız qala bilməz. Bu məsələdə dəqiq rəsmi məlumatlara istinad ediləcək -doğrusu budur.

Bir neçə gün əvvəl şəhərin mərkəzində keçirilən aksiyada qaldırılmış şüarlar cəmiyyəti niyə silkələdi?! Niyə bu qədər etiraz doğurdu?! Çünki cəmiyyət öz dəyərlərinə təhlükə hiss etdi və ictima refleks işə düşdü. Bəs cəmiyyət öz həyatına və sağlamlığına təhlükə yaradan çağırışlara və əməllərə səssizmi qalacaq?! Yoxsa dövlət bunu cəzasız qoyacaq?! Bunlar olmayacaq. Belə bir durumda hamı bir yumruq kimi birləşməliykən, bu birliyi pozacaq heç bir əməl və hətta çağırış cəzasız qalmaz, qala bilməz. Sözümüzün enerjisi də, fikrimizin gücü də, əməlimizin nəticəsi də yalnız və yalnız indiki çətin günlərdə hansı cinahda durmasından asılı olmayaraq hamının birlik və bərabərlik göstərə bilməsinə yönəlməlidir. İctimai antivirus proqramına uyğun yaşayacaq və davranacağıq. Anyiböhran cəmiyyəti olacağıq. Başqa yolumuz da yoxdur.

Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »