Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda dostlar arasında zarafat bıçaqlanma ilə nəticələndi

Bakının Nərimanov rayonunda qanlı cinayət hadisəsi törədilib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, martın 13-nə keçən gecə Ağa Nemətulla küçəsində əvvəllər məhkum olunmuş İlkin Hüseynov (1990-cı il təvəllüdlü) qarın boşluğuna nüfuz edən bıçaq yarası alıb. Zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Sözügedən ərazidə 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, bu, zərərçəkənin yaxın dostu Elvin Həsənovdur (1999-cu il təvəllüdlü).

Lakin zərərçəkən şəxs E.Həsənovun təqsirkar omadığında israr edir. Onun sözlərinə görə, həmin gecə onlar zarafatlaşıblar və bıçaqlama təsadüfən olub.

İ.Hüseynov dostu ilə bağlı polisə şikayət etməyəcəyini deyib.

Qeyd edək ki, zərərçəkən şəxs əvvəllər Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum edilib.

Faktla bağlı istintaq davam edir.(oxu.az)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »