Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“JP Morgan”: Dünyada tənəzzül baş verə bilər

COVİD-19 virusunun yayılmasına görə 2020-ci ilin yay aylarında ABŞ və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı kəskin resesiya ilə üzləşə bilər.

“Business İnsider” xəbər verir ki, bu barədə nüfuzlu maliyyə təsisatlarından “JP Morgan” bildirib.

Təşkilatın yaydığı açıqlamada deyilir ki, virusun iqtisadiyyatdakı fəsadlarına dair gözləntilər xəstəliyin yayılma miqyasına və maliyyə bazarlarının çökməsinə səbəb olduğuna görə son həftələr “kəskin dəyişib”. Belə ki, ABŞ ÜDM-i cari ilin birinci rübündə 2 faiz, ikinci rübdə 3 faiz, avro məkanında isə müvafiq olaraq 1,8 və 3,3 faiz azala bilər. Açıqlama müəllifləri belə bir vəziyyətdə dünyanın resesiya ilə üzləşəcəyini istisna etməyibər.

Ayrı-ayrı ölkələrdə koronavirusa qarşı tədbirlər çərçivəsində tətbiq olunan məhdudiyyətlər üzündən artım proqnozunun azaldıldığı qeyd olunur. O cümlədən İtaliyada kütləvi tədbirlərin qadağan olunması, ərzaq və əczaçılıq dükanlarından başqa ictimai iaşə və pərakəndə ticarət şəbəkəsinin bağlanması, ABŞ-da Avropadan girişləri bir ay müddətinə məhdudlaşdırıldığı misal çəkilən açıqlamada maliyyə bazarlarındakı tərəddüdlərin, səhmlərin ucuzlaşmasının da yaxın iki rübdə iqtisadi tənəzzülə səbəb olacağı göstərilir.

“JP Morgan” korionavirusla bağlı vəziyyət düzələrsə, ilin ortasına doğru iqtisadi artımın başlaması, ikinci yarısında isə güclənməsi gözlədiklərini qeyd edib. Dünya iqtisadiyyatının daha ciddi fəsadlardan yayınmasında başlıca amil olaraq koronavirusun yayılmasını əngəlləmək üçün görülən tədbirlər hesab olunur. Belə ki, hökumətlər iqtisadiyyatın daha çox ziyan çəkmiş sahələrini dəstəkləməli, maliyyə bazarındakı gərginliyi səngitmək, pul kredit siyasəti vasitəsilə istehlakçı tələbatını təşviq etmək üçün tədbirlər görməlidir. (report)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
Son xəbərlər
Bütün xəbərlər »