Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol Polisi kəmər taxmayan sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər.

Kamran Əliyev Kamran Əliyev

Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən sürücü kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq, hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə sərnişinlər inzibati məsuliyyət daşıyacaqlar.

“Sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.

Sürücü təhlükəsizlik kəmərini çıxarıbsa, yaxud da idarə etdiyi avtomobilin təhlükəsizlik kəməri yararsız vəziyyətdədirsə, o zaman məsuliyyət sürücünün üzərindədir.

Bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat cərimə olunacaqlar”,- deyə o qeyd edib.

K.Əliyev qeyd edib ki, kəmər varsa, avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, 30 manat cərimə olunacaqlar. (oxu.az)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »