Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı "polis" özbək qadını maşınla sürüdü - Video

İstanbulda özünü polis kimi təqdim edən Azərbaycan vətəndaşı küçədən keçən özbək qadından sənəd tələb edib. Daha sonra onun çantasını alaraq qaçmağa çalışıb.

Türkiyə KİV xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Feneryolu məhəlləsində baş verib. Azərbaycan vətəndaşı küçədə özünü polis kimi təqdim edərək 44 yaşlı Özbəkistan vətəndaşı Gülşənoy D.-nin pasportunu, Türkiyədə yaşamaq icazəsinə dair sənədini tələb edib. Qadın çantasından sənədlərini çıxarıb və təqdim edib. Bu zaman həmin şəxs qadının çantasını alaraq onu gözləyən avtomobilə minib və uzaqlaşmağa çalışıb. Özbəkistanlı qadın çantasını xilas etməyə çalışıb və bu zaman avtomobil hərəkətə başladığından onu bir neçə metr yerdə sürüyeb.

Qadın polisə şikayət verib və onun içərisindəki 1350 TL olan çantasını oğurlayan soyğunçunun tapılmasını istəyib. Polis hadisə yerindəki təhlükəsizlik kameralarının görüntülərini araşdırıb, soyğunçunun 39 yaşlı Azərbaycan vətəndaşı Rahib Sadıx S. olduğunu müəyyən edib. Şübhəli şəxs hadisənin baş verdiyi gün-martın 8-də soyğunçuluqda istifadə etdiyi avtomobilin park edildiyi Fatih rayonunda yaxalanıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı soyğunçuluq və dövlət strukturunun səlahiyyətlərindən qanunsuz istifadə ittihamları irəli sürülüb.(virtualaz.org)

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »