Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Apple" şirkəti koronavirusla əlaqədar mağazalarını bağlayır

"Apple" şirkəti koronavirus pandemiyası ilə əlaqədar Çin istisna olmaqla digər ölkələrdəki bütün mağazalarını bağlayır.

Bu barədə icraçı dirketor Tim Kukun "Apple" şirkətinin saytında müraciəti dərc olunub.

Tim Kuk bildirib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə şirkət Çin istisna olmaqla digər ölklərdəki pərakəndə satış mağazalarını martın 27-dək bağlayacaq.

İcraçı direktorun müraciətində qeyd olunur ki, virusun ötürülmə riskini minimuma endirməyin ən təsirli yolu sıxlığı azaltmaq və sosial məsafəni maksimuma çatdırmaqdır. Tim Kuk işçilərin evdən öz işlərinə davam edə biləcəyini bildirib.

Kuk bağlanan mağazalardakı bütün işçilərin normal maaş almağa davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, şirkət daha öncə virusun sürətlə yayılması ilə əlaqədar İtaliya və İspaniyadakı mağazalarını bağlamışdı.(apa)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »