Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dezinfeksiyanı keçdik, heç olmaya toz-torpağını təmizləsinlər" - Foto

İctimai nəqliyyatda koronavirusa (Covid-19) görə qabaqlayıcı tədbirlər, dezinfeksiya işləri həyata keçirilir. Lakin hələ də toz-torpaq içində batan avtobuslar var.

Bizimyol.info xəbər verir ki, sosial mediada 166 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toz-torpaqlı görüntüləri paylaşılıb. Şəkillərdən məlum olur ki, nəinki dezinfeksiya, heç tozu-torpağı təmizlənməmiş avtobus xəttə buraxılaraq sərnişin daşıyır. Virusun tüğyan elədiyi bir vaxtda qabaqlayıcı tədbirlər görüldüyü deyilsə də, bu cür halların öz həllini hələ də tapmaması insanlarda əsaslı narahatlığa səbəb olur.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. BNA-nın sözçüsü Mais Ağayev bildirdi ki: "Bu xətt üzrə" Yaqub" firması daşıyıcısı bu gün çağırılacaq və ondan izahat tələb olunacaq. Təbii, bu kimi hallar heç bir halda, özəlliklə də bu cür əksepidemik tədbirlərin keçirildiyi bir vaxtda yolverilməzdir". Sözçü onu da əlavə etdi ki, Bakı Nəqliyyat Agentliyi bu işlərə başlayanda daşıyıcılarla görüş keçirib, onlara mövcud vəziyyəti ətraflı izah edərək qanunvericiliyin tələbi diqqətlərinə çatdırılıb: "Hər bir daşıyıcı biləməlidir ki, onun bir sosial məsuliyyəti var. İndiki halda bu məsuliyyət daha da artır. Belə bir vəziyyətdə məsuliyyətsizlik edən daşıyıcı barəsində təbii ciddi şəkildə ölçü götürüləcək. Bizim üçün vətəndaşlarımızın sağlamlığı önəmlidir. Bu işə mane olan daşıyıcı ilə biz yolumuzu davam edə bilmərik" - deyə Mais Ağayev bildirib.

Aləmdə Nəsib

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »