Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

Polşada COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı mübarizə tədbirlərinə hərbçilər də cəlb olunub.

Bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Ərazi müdafiə qüvvələri dövlət sərhədi boyu keçirilən yoxlamalarla bağlı tədbirlərə cəlb edilərək buraxılış məntəqələrində mülki qurumların fəaliyyətinə dəstək verir. Həmçinin hərbçilər 14 hava limanında Polşaya gələn sərnişinlərin hərarətini ölçməkdə, yerləşmə kartlarının toplanaraq çeşidlənməsində də iştirak edirlər” - deyə qeyd edilir.

Bildirilir ki, tibbi ixtisasa malik 1 100-dək hərbçi koronavirusla mübarizəyə kömək etməyə hazırdır.

Son məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 64 nəfərdir ki, bunların arasında silahlı qüvvələrin baş komandanı general-leytenant Yaroslav Mika da var. (Report.az)

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »