Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Banklar əhaliyə dollar satmaqda maraqlı deyillər" - Açıqlama

"Valyuta hərraclarında son 4 gün ərzində 960 milyon ABŞ dolları həcmində valyuta satılıb. Bank filiallarında satış sürətini və xidmət səviyyəsini nəzərə alsaq, bu məbləğin yalnız cüzi hissəsinin əhaliyə satıldığını deyə bilərik. Banklar əhaliyə dollar satmaqda maraqlı deyillər və bacardıqca satış prosesini uzadırlar." Bu fikirləri Bizimyol.info-ya iqtisadçı-ekspert Qaşqay İsmayıl deyib.

Belə çıxır ki, 5 il əvvəlki ssenari təkrarlanır. Hərraclarda satılan valyuta vəsaitləri əsasən oliqarxların nəzarətində olan hüquqi şəxslərin hesablarına yatırılır, daha böyük hissəsi isə bankların özlərində qalır. Bu həm də devalvasiyanın yaxın gələcəkdə baş verəcəyinə şübhənin qalmadığının göstəricisidir.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

Bəs əhalidə manat kütləsi məhduddursa, onda dollar almaq üçün bazara axan milli valyutanın mənbəyi haradadır? Nəzərə almalıyıq ki, hazırda bazarda gərginlik yaradan pulların əsas hissəsi bank depozitləridir. Həmin depozitlərin mənbəyini öyrənmək üçün 2015-ci ilə qayıtmalıyıq, həmin vaxt Mərkəzi Bankın ehtiyatları hesabına dollara çevrilmiş nəhəng manat kütləsini yada salmalıyıq. 2016-cı ildən sonra manat möhkəmləndikcə yuxarıda göstərilən vəsait banklara manat formasında yatırıldı, Mərkəzi Bankın depozit hərracları vasitəsilə faizlə böyük gəlir gətirdi və indi növbəti dəfə manatdan dollara çevrilir.

Devalvasiyadan sonra manat sabitləşərsə yenidən həmin əməliyyatlar təkrar olunacaq. Banklarda olan depozitlərin böyük əksəriyyəti bank sahiblərinə və onlara yaxın olan iri məmurlara aid olduğundan, hazırda valyuta hərracında satılan yüz milyonlarla dollar da həmin depozitlərin dollara çevrilməsinə xidmət edir.

Vəziyyətin bu həddə gəlib çatmasında Mərkəzi Bankı qınamaq çətindir, çünki iqtisadiyyatda investisiya imkanlarının son dərəcə məhdud olmasının nəticələri belə də qurtarmalıydı. Milli valyutanı sabitləşdirmək məqsədilə keçirilən Mərkəzi Bankın depozit hərracları manatla asan və risksiz gəlir əldə etmək fürsəti yaradırdı.

Həmçinin nəzərə almalıyıq ki, banklardakı manat depozitlərindən başqa, Mərkəzi bankın müxtəlif vasitələrlə sterilizasiya etdiyi 2 milyard manata yaxın pul var və həmin pullar da tezliklə dollara çevrilmək üçün valyuta ehtiyatlarına təzyiq yaradacaqdır.

Bir sözlə, banklarda olan manat depozitləri ilə dövriyyədə olan və sürətlə dollarlaşan milyardlarla manatı da bura əlavə etsək alınan məbləğ, Neft Fondunun bu il satılması nəzərdə tutulan valyutasının həcmini xeyli üstələyir. Xaricdən idxal edilən mallar üçün tələb edilən valyutanı da nəzərə alanda vəziyyətin xüsusilə acınacaqlı olduğu aydın şəkildə görünür.

Əgər dollara təlabat bu qaydada davam edərsə, aprel ayına qədər valyuta ehtiyatlarına böyük zərbə dəyəcək. Vəziyyət bu cür davam edərsə zərbələrdən yayınmaq və itkiləri azaltmaq məqsədi ilə ola bilsin ki, devalvasiyaya daha tez, novruz tətilləri ərəfəsində gedilsin. Amma bu gedişlə aprel ayı ərzində devalvasiyaya gediləcəyi artıq şübhə doğurmur

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »