Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada "COVID-19"la əlaqədar fövqəladə vəziyyət elan edilir

İspaniya "COVID-19"la əlaqədar ölkədə fövqəladə vəziyyət elan edir.

İspaniya baş naziri Pedro Sançez Nazirlər Kabinetinin martın 14-də konstitusiyanın 116-cı maddəsini aktivləşdirərək fövqəladə vəziyyət elan etmək üçün toplaşacağın bildirib.

Konstitusiyanın bu müddəası insanların və nəqliyyat vasitələrinin müəyyən yerlərdə hərəkətini məhdudlaşdırmaq, malların müvəqqəti rezervasiyası, əsas məhsulların istehlakını rasionallaşdırmaq və xidmətlərin göstərilməsini təmin etmək üçün lazımi əmrlər vermək imkanı verir.

Fövqəladə vəziyyət əvvəlcə iki həftə tətbiq ediləcək, ancaq parlamentin razılığı ilə uzadıla bilər.

Qeyd edək ki, İspaniyada "COVID -19"a yoluxanların sayı 4200-ə, virusdan ölənlərin sayı isə 120-yə çatıb. (Apa.az)

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »